Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşnik ilə görüşdə Bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakına dair müzakirə aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində Bankın Avrasiyada infrastruktur üzrə direktoru Ekaterina Miroşnik ilə görüşüb.
Görüşdə Azərbaycanın Bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb.
Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin, Bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakını müzakirə ediblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib