Ölkədə baramaçılığın inkişafında dayanıqlı yem bazasının təmin edilməsi məqsədilə “Azting” MMC tərəfindən Yevlax Pilot Aqroparkında tingçilik təsərrüfatı yaradılacaq.
İqtisadiyyat Naziriliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda daha bir sahibkarlıq subyektinə - “Azting” MMC-yə rezidentlik statusu verilib.
Azərbaycan-Özbəkistan birgə investisiya layihəsi çərçivəsində aqroparkın 19.98 hektar ərazisində tut tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur.
İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası nəticəsində 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib