Türk İnvestisiya Fondunun investisiya layihələrinin prioritet istiqamətlərinə dair müzakirələr aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyevlə görüşüb.
Tərəflər Türk İnvestisiya Fondunun fəaliyyət mexanizmi, Fondun investisiya layihələrinin prioritet istiqamətləri, sərmayələrin stimullaşdırılması imkanları, bu yöndə atılacaq addımları müzakirə ediblər. Görüşdə həmçinin digər fondlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, onların təcrübəsindən, həmçinin Azərbaycanın bu sahədə mövcud təcrübəsindən yararlanmaq təklif edilib.
Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı Saziş 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının fövqəladə Zirvə Görüşündə imzalanıb. Fond öz fəaliyyətini həyata keçirərkən regiondaxili ticarətin təşviqinə kömək etmək, xüsusilə mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək məqsədilə “yaşıl” iqtisadiyyata keçidin dəstəklənməsinə yönəlmiş layihələrə üstünlük verir.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib