Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidenti tərəfindən 40,5 milyon manat investisiyanın yatırılması ilə 300 nəfər daimi işlə təmin ediləcək.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında yeni rezident - "Tabaterra" QSC qeydiyyata alınıb, bununla da Sənaye Parkının rezidentlərinin sayı 17-yə çatıb.
"Tabaterra" QSC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində tütün məmulatlarının istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 40,5 milyon manat təşkil edən müəssisədə 300 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək.
Qeyd. Hazırda Ağdam Sənaye Parkının 17 rezidenti və 5 qeyri-rezidenti var. Bu investorlar tərəfindən Sənaye Parkına 161 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib