Yevlax Pilot Aqroparkın qeydiyyata alınmış yeni rezidentləri tərəfindən 110 nəfər işlə təmin ediləcək.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkda daha 4 sahibkarlıq subyektinə (fermerlərə) rezidentlik statusu verilib, bununla da Aqroparkın rezidentlərinin sayı 15-ə çatıb.
Yeni rezidentlər (“Agromod” MMC, “Badamlıq” MMC, “Qulançar” MMC və fərdi sahibkar Müşfik Hümmətli) tərəfindən 120 hektar sahədə investisiya həcmi 1,7 milyon manat olan intensiv meyvə bağları salınacaq, 35 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin ediləcək.