Sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi haqqında müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən dövlət qurumları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə keçirilib.
Görüş zamanı Fondun güzəşt mexanizmləri, sahibkarlar üçün sərfəli biznes kreditlərinin təmin edilməsi və qarşılıqlı öhdəliklərin nizamlanması prosedurları ətraflı müzakirə edilib.
Həmçinin, SİF-in aidiyyəti qurumlar və sahibkarlarla kommunikasiya əlaqələrinin qurulması mexanizmləri diqqətə çatdırılıb, normativ hüquqi sənədlər hazırlanarkən fond və sahibkarlar arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Müzakirələr şəraitində keçən görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi, problemli kreditlər zamanı qaldırılan məsələlərə baxılması mexanizmi, məsləhətləşmələr və sahibkarların rəyinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.
Sentyabr 26, 2026 16:21
İqtisadiyyat naziri “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sentyabr 26, 2026 15:27
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Sentyabr 26, 2026 13:49
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Sentyabr 26, 2026 13:05
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib