Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var.
İnsan kapitalının inkişafı, istedadlı kadr potensialının artırılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin final mərhələsində İqtisadiyyat Nazirliyinin iki əməkdaşı Elvin Əlizadə və Mirzə Ələkbər Babayev uğur qazanıb. Elvin Əlizadə və Mirzə Ələkbər Babayev İqtisadiyyat Nazirliyində intellektual səviyyəsi, idarəçilik potensialı yüksək olan əməkdaşların seçilməsi, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən “Uğur yolu” karyera inkişafı proqramının da qalibləridir.
Əməkdaşlarımızı və “Yüksəliş” müsabiqəsinin digər qaliblərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib