Vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, infrastruktur və s. məsələlərlə bağlı olub. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə baxılması üçün qeydiyyata alınıb.
Nazir müavini Sahib Ələkbərov Masallı Sənaye Məhəlləsində taxta məmulatları, mətbəx və uşaq mebeli, xovlu xalça, qadın və kişi üst geyimləri, döşək və metal yay hissələri istehsalı müəssisələrinin fəaliyyəti ilə də tanış olub.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib