Sənaye Parkının ərazisinin yarıdan çoxu minalardan təmizlənib
Məlum olduğu kimi, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib. Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.