İqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink ilə görüşündə Bankla əlaqələrin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink ilə görüşüb.
Görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb, ölkəmizin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib. Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib.
AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanın iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə davam etmək niyyətini ifadə edib.
Tərəflər Azərbaycan-AYİB əlaqələrinin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib