TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
İstanbulda Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu Qurultayının açılış mərasimi çərçivəsində “Türk Dövlətləri Təşkilatı ilə 5 Dövlət 1 Diaspor” sessiyası təşkil edilib.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmilərinin, biznes dairələri və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə iqtisadi əməkdaşlıq, təşkilata üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi, birgə investisiya imkanları barədə müzakirə aparılıb.
Sessiyada iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, sualları cavablandırıb.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib