“Yüksəliş” müsabiqəsinin qalibi, həmkarımız Elvin Əlizadə

Elvin Əlizadə 3-cü dəfə təşkil edilmiş “Yüksəliş” müsabiqəsində qalib olan iştirakçılardandır. İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində çalışan E.Əlizadə intellektual səviyyəsi, idarəçilik potensialı yüksək olan əməkdaşların seçilməsi, onların peşəkarlıq səviyyəsinin artırılması üçün Nazirlik tərəfindən təşkil olunan “Uğur yolu” karyera inkişafı proqramının da qaliblərindəndir.