“Acwa Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası, dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.
İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə “Acwa Power” şirkəti ilə əməkdaşlığa önəm verilir.
Görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib