“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdə onların fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.
Görüşdə hər iki qalibin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər müzakirə edilib. İqtisadiyyat naziri idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar, əldə edilən təcrübə və biliklərin tətbiqi, gələcək özünüinkişaf hədəfləri barədə fikirlərini bölüşüb, qalib gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.
Müsabiqə qalibləri mentorluq proqramının müasir iqtisadi idarəçilik metodları, strateji planlaşdırma və innovativ texnologiyalarla bağlı təcrübənin əldə edilməsində, ölkəmizin inkişafı naminə bu sahədə töhfə verməkdə faydalı olduğunu vurğulayıblar.
“Yüksəliş” müsabiqəsinin qalibləri mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildiriblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib