“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumun “SPECA 25 ildə və növbəti 25 ilə baxış” mövzusunda son sessiyası keçirilib, Forumun yekunlarına aid “Nəticələr və tövsiyələr” səsləndirilib.
“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumun son sessiyası “SPECA 25 ildə və növbəti 25 ilə baxış” mövzusunda təşkil edilib.
Sessiyanın moderatoru, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin vurğulayıb ki, SPECA fəaliyyətə başlayandan indiyədək proqramın iştirakçısı olan ölkələr iqtisadi inkişaf yolu keçib, iqtisadi göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Dmitri Mariyasinin fikrincə, proqram ölkələrinin davamlı iqtisadi artımı üçün rəqəmsal transformasiya, təchizat zəncirində problemlərin aradan qaldırılması, gender bərabərliyinə diqqətin artırılması, “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi və s. həllini tapmalıdır. Sessiyada qlobal ekoloji problemlər, SPECA ölkələrinin strateji perspektivləri və prioritet istiqamətləri barədə müzakirələr aparılıb.
“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forumunun yekununda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli SPECA ölkələrinin nümayəndə heyətlərinə səmərəli müzakirələrə və tədbirin işində fəal iştiraka görə təşəkkürünü bildirib, forumda səsləndirilən təklif və tövsiyələrin regional iqtisadi əməkdaşlığa fayda verəcəyini deyib.
SPECA İqtisadi Forumunun yekunu olaraq “Nəticələr və tövsiyələr” sənədi səsləndirilib.
Forumun iştirakçıları Baku Ekspo Mərkəzində təşkil edilmiş “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgini ziyarət ediblər.