Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi, biznes dialoqunun genişləndirilməsi və digər məsələlər müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA Həftəsi çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb. İqtisadiyyat naziri ölkəmizin Tacikistanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb. SPECA Həftəsi çərçivəsində keçirilən İqtisadi Forum və görüşlərin Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə töhfə verdiyi bildirilib. Qeyd olunub ki, iki ölkə arasında energetika, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var. Aqrar-sənaye klasterinin yaradılması kimi birgə layihələr hər iki ölkənin iqtisadiyyatına töhfə verə bilər.
Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib, tərəfdaşlığın müxtəlif istiqamətləri, o cümlədən tranzit sahəsi üzrə genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi, biznes dialoqunun inkişafı və digər məsələlər müzakirə edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib