“Azərxalça” ASC-nin Müşahidə Şurasının iclasında bu ilin 9 ayı ərzində Cəmiyyət tərəfindən həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumat verilib, qurumun gələcək planları müzakirə edilib.
Dekabrın 6-da “Azərxalça” ASC-nin Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda 2023-cü ilin 9 ayı ərzində qarşıya qoyulmuş prioritet istiqamətlər üzrə həyata keçirilən tədbirlər və onların nəticələri ilə bağlı məlumat verilib. Cəmiyyətin uğurlu və dayanıqlı fəaliyyət göstərdiyi qeyd olunub.
İclasda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ədəd xalçadan ibarət məhdud kolleksiyanın hazırlanması, çeşnələrin yeni dizaynda təqdim olunması təqdir edilib, usta toxucular tərəfindən hazırlanmış unikal eksponatların ölkəmizin xalçaçılıq ənənələrinin qorunması və təbliği baxımından önəm kəsb etdiyi vurğulanıb.
Tədbirdə həmçinin xalça istehsalının və satışının artırılması üçün həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Qurumun gələcək planları və gündəlikdə duran məsələlər müzakirə edilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib