Azərbaycanda “yaşıl” enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Çin şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "China Energy International Group Co., Ltd." şirkətinin prezidenti Çiao Subin ilə görüşüb.
Görüşdə Azərbaycanda energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı, bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib. Ölkəmizdə “yaşıl” enerji keçidinin sürətləndirilməsi, bərpa olunan enerji texnologiyalarının tətbiqi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan, "China Energy International Group Co., Ltd." şirkətinin təqdim etdiyi innovativ həllərlə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarından səmərəli istifadə oluna bilər.
Tərəflər “yaşıl” enerji sahəsində əməkdaşlığın inkişafı, enerji saxlama texnologiyalarının mənimsənilməsi və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib