Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıtda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin tələbələri arasında "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışı keçirilib.
9 komandanın bilik və bacarıqlarını sınadığı yarışmada tələbələr peşə fəaliyyətinə və ümumi dünyagörüşünə dair sualları cavablandırıblar.
5 turdan ibarət olan intellektual oyunda Sumqayıt Kimya Sənaye Parkının nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzini təmsil edən "Qarabağ" komandası II yerə layiq görülüb.
Qalib komandalara fəxri fərman, medal və hədiyyələr verilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib