Sumqayıt Kimya Sənaye Parkının qeydiyyata alınmış yeni rezidenti tərəfindən Sənaye Parkına 20 milyon manat investisiya yatırılacaq.
“Bakı Karton və Qutu Fabriki” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq. Eyni zamanda, müəssisədə sement və gips kisələrin istehsalı və kağızın emalı həyata keçiriləcək.
İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Fabrikdə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib