İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.
İqtisadiyyat nazirinin birinci müavini müsabiqədə uğur qazanmaları münasibətilə qalibləri təbrik edib, “Yüksəliş”in onların fərdi inkişafı və gələcək karyerasında önəmini vurğulayıb. Görüşdə qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib.
Müsabiqə qalibləri təcrübəli rəhbərlərin mentorluğu ilə peşəkarlıqlarının artırılmasına, dövlət sektorunda idarəçilik təcrübəsinə yiyələnməyə maraqlarını ifadə edib, bu sahədə mentorluq proqramının faydalı olacağını bildiriblər.
Görüşdə karyera üçün potensial yol xəritəsi, idarəetmə ilə bağlı müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi aparılıb, qaliblərə dövlət sektorunda idarəetməyə dair bilik və bacarıqların artırılması ilə bağlı tövsiyələr verilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib