Azərbaycanda şüşə taraların istehsalı imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin ən böyük şüşə məmulatları istehsalçılarından biri olan “Gürok Group” şirkətlər qrupu arasında Azərbaycanda şüşə taraların istehsalı imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Layihənin əsas məqsədi, beynəlxalq standartlara uyğun şüşə taralar istehsal edən zavodun tikintisi, ölkəmizdə və xarici ölkələrdə qida və içki istehsalçılarının tələbatını qarşılayaraq idxalın əvəz edilməsiilə ilə yanaşı digər ölkələrə ixracın həyata keçirilməsidir.
Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürok Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib