İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 29 fevral tarixində Sabirabad şəhərində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95A - Sabirabad rayon Heydər Əliyev Mərkəzinin inzibati binası) Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.