Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.
Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi-ticarət əlaqələrinin, investisiya tərəfdaşlığının və biznes dairələri arasında işgüzar münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, sənaye, enerji, infrastruktur və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahəyə Səudiyyə Ərəbistanı şirkətləri tərəfindən investisiyaların yatırılması məsələləri müzakirə olunub.Tərəflər əlaqələrin inkişafı, iqtisadi, investisiya və turizm potensialının təşviqi istiqamətində tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparıblar.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib