Avropa İttifaqı investisiyalarının müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yaradılan yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasında prioritet məsələlər müzakirə olunub.
Avropa İttifaqı investisiyalarının müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yaradılan yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclası keçirilib.
İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, xarici işlər və maliyyə nazirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizin beynəlxalq maliyyə institutları və Avropa İttifaqı ilə tərəfdaşlığa verdiyi önəm diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli iqtisadiyyatın təmini, müasir innovasiya sahələrinin qurulması, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək kimi məqsədlərə çatmaq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı zəruri edir. Təqdirəlayiq haldır ki, Avropa Komissiyası tərəfindən irəli sürülən flaqman təşəbbüslər ölkəmizin növbəti onillikdə sosial-iqtisadi inkişafının milli prioritetləri ilə üst-üstə düşür.
İclasda işçi qrupunun qarşısında duran məsələlər müzakirə olunub, xanım Kirali tərəfindən gələcək fəaliyyətlərə dair fikirlər səsləndirilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib