İqtisadiyyat Nazirliyi könüllü fəaliyyəti ilə bağlı müraciətlərin qəbulunu davam etdirir. Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində “Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər.
Könüllü fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur. Məqsəd gənclərin bilik və bacarıqlarının artırılması, onlarda əmək vərdişlərinin aşılanmasıdır. Könüllülük müddətini uğurla başa vuranlara sertifikatlar veriləcək.
Qeyd edək ki, könüllülərin seçimi zamanı dil (ingilis, rus) və kompüter biliklərinə malik olan şəxslərə üstünlük veriləcək.
Müraciətlər 19 mart 2024-cü il tarixinədək qəbul ediləcək.
Əlavə məlumat almaq üçün: İradə Qafarlı, tel: 310-28-00, daxili 20-32;
e-mail: irada.qafarli@economy.gov.az
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib