2021-ci il ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 25.557 müraciət daxil olub. Bu müraciətlərin 15 mindən çoxu canlı rejimdə birbaşa, 2.900-dən çoxu isə səsli menyu, 7.400-ə yaxını isə komutator vasitəsilə cavablandırılıb.
Daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi sənədlərinin alınması, həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir.
Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir xidmət zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.