Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasına səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Rusiya Hökumətinin sədr müavini, sənaye və ticarət naziri Denis Manturov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Mərkəzi Bankın sədri Elvira Nabiullina, həmçinin Rusiyanın bir sıra şirkət və kommersiya qurumlarının rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Rusiyanın əlaqələrin inkişafına verdiyi böyük önəm sayəsində iqtisadi əməkdaşlığın genişləndiyi vurğulanıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişaf gündəliyindəki məsələlərin müzakirə edildiyi görüşlərdə ticarət, nəqliyyat, sənaye, o cümlədən maşınqayırma, gəmiqayırma, əczaçılıq, innovasiyalar, süni intellekt əsaslı həllərin tətbiqi, maliyyə və digər sahələrdə dinamikanın artırılması üçün perspektivlər qeyd olunub.
Azərbaycanın qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye zonalarında sahibkarlara təqdim edilən güzəşt və stimullar, birgə layihələrin reallaşdırılması imkanları barədə məlumat verilib. Görüşlərdə əməkdaşlığı təşviq edən mexanizmlərin təkmilləşdirilməsi, ikitərəfli maliyyə gündəliyi və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib