İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində İslam İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət məsələləri müzakirə olunub, sənədlər imzalanıb.
Səudiyyə Ərəbistanına səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl Casir ilə görüşüb. Tərəflər birgə fəaliyyətin genişləndirilməsi və yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi imkanlarını dəyərləndiriblər.
Görüş çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalanıb, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirilib. Bu sənədlərin icrasının əməkdaşlığın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacağı vurğulanıb.
OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə ilə görüşdə ikitərəfli əlaqələrin təşviqi, bərpa olunan enerji mənbələrindən istifadəni və özəl sektorun maliyyələşdirilməsini təşviq edən layihələr çərçivəsində birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib