Azərbaycan - Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunacaq, Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək, bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Mayın 21-də Qubada Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə II Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçiriləcək.
Hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən nümayəndələrin iştirak edəcəyi forumda Azərbaycan - Özbəkistan regionlararası əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, ölkələrin işgüzar mühiti, investisiya layihələri barədə təqdimatlar, həmçinin Azərbaycan-Özbəkistan İşgüzar Şurasının 4-cü iclası keçiriləcək. Tədbir çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, I Regionlararası Forum ötən ilin fevralın 24-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib