Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır:
İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.
Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Rezidentlər bu imkanlardan istifadə edərək:
Bundan əlavə, sənaye parklarında:
Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir.
İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır:
Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə
Tezliklə Ağdam Sənaye Parkında tikinti materiallarının, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatlarının, həmçinin ayaqqabı və s. məhsulların istehsalı müəssisələri istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib. “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən texnikalara xidmət üzrə layihələr həyata keçirilməkdədir, logistika və avadanlıq layihələrinin isə icrası gözlənilir.
İşğaldan azad olunmuş ərazilərimizdə yaradılmış yeni sənaye parkları və sahibkarlar üçün tətbiq edilən güzəşt və stimullar bölgədə inkişaf və biznesin dirçəlişi üçün böyük investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq.