İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir. Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır.
Zavodda tikinti kimyəvilərinin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materiallarının və zəmin döşəmə məhsullarının istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır.
Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.