“Azgreentech” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində plastik tullantıların təkrar emalı layihəsi həyata keçiriləcək.
İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Bundan başqa, “Azgreentech” MMC tərəfindən respublikanın bir çox bölgələrində (Bakı şəhəri və Abşeron yarımadası xaric) plastik tullantıların toplama məntəqələri qurulacaq ki, bu da həmin ərazilərdə əlavə iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.
Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib