Rusiya Federasiyasının Yekaterinburq şəhərində "INNOPROM – 2024" beynəlxalq sərgisi çərçivəsində "Böyük Avrasiya bazarlarına çıxmaq uğrunda tərəfdaşlıq: səyləri birləşdirərək qalib gəlirik" mövzusunda işgüzar sessiya keçirilib.
Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil və Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Oljas Saparbekovun iştirak etdiyi sessiyada çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq vurğulanıb.
Tədbirdə xarici şirkətlərin Azərbaycan bazarında fəaliyyətinin stimullaşdırılması və ikitərəfli ticarətin artırılması üçün ölkəmizdə tətbiq olunan mexanizmlər diqqətə çatdırılıb. Sənaye zonalarında tərəfdaş ölkələrlə birgə reallaşdırılan investisiya layihələrinin, nəqliyyat-logistika sahəsində təşəbbüslərin yaratdığı imkanlar vurğulanıb.
Özəl və dövlət qurumlarının təmsilçilərinin də iştirak etdiyi sessiyada qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib