Türkiyə ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Rusiya Federasiyasının Yekaterinburq şəhərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil ilə görüşüb.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb. İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib. Tərəflər ölkələrimiz arasında sənaye və yüksək texnologiyalar sahələrində reallaşdırılan təşəbbüslərin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində önəmini vurğulayıblar.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib