İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşdə iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi imkanları dəyərləndirilib, özəl sektor üzrə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. Qeyd olunub ki, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılır. İsraillə enerji, kənd təsərrüfatı, kibertəhlükəsizlik, innovativ və rəqəmsal iqtisadiyyat, turizm, suyun idarə olunması, eləcə də digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün böyük potensial var.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını dəyərləndirib, Azərbaycanın əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib