Gənclərin bilik və bacarıqlarının artırılması, əmək vərdişlərinin formalaşdırılması məqsədilə bir qrup ASAN könüllüsü İqtisadiyyat Nazirliyində könüllülük fəaliyyətinə cəlb edilib. Könüllülər iki ay müddətində Nazirliyin struktur bölmələrində müxtəlif tapşırıqlar icra edib, dövlət qulluğu prinsipləri ilə tanış olub, iş təcrübəsi qazanıblar.
Könüllülük fəaliyyətini başa vurmuş ASAN könüllülərinə sertifikatlar təqdim edilib.
Bununla əlaqədar keçirilən tədbirdə ASAN könüllülük təcrübəsinin öyrənilməsi, gənclərin sosial məsuliyyət hissinin artırılması və onların potensialından səmərəli istifadənin önəmi vurğulanıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib