26 iyul 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Oğuz şəhəri, Heydər Əliyev küçəsi 1 ünvanında Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.