Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə görüşüb.
Görüşdə Azərbaycanda iqlim dəyişikiyi ilə mübarizə fəaliyyətində iştiraka, ətraf mühitin mühafizəsinə və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi önəm verildiyi qeyd edilib.
Tərəflər Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib