Gəncədə sənaye müəssisələrinin rəhbərləri ilə görüşdə yerli şirkətlər tərəfindən qaldırılan məsələlər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinin iştirakı ilə Gəncə və ətraf rayonlarda yerləşən qeyri-neft sənayesi istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.
İqtisadiyyat naziri müasir sənaye müəssisələrinin yaradılması və bu sahədə idxaldan asılılığın azaldılması üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, son illər aparılan islahatların nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişləndirilib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sənaye zonalarının inkişafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib. Bununla belə, yeni çağırışlara uyğun olaraq tədbirlərin görülməsinə dair müzakirələrə ehtiyac var.
Sahibkarlarla qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb. İş adamları ilə xammalın keyfiyyəti, investisiya təşviqi, bank-maliyyə hesablaşmaları, daxili bazarın qorunması, kommunal xidmətlərdə differensial tariflər, dövlət satınalmaları, kredit resurslarına çıxış, ixtisaslı kadr potensialı kimi məsələlər müzakirə edilib. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahibkarlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılıb.
Tədbir iştirakçıları görüşdən sonra dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olublar.
Belə görüşlərin davamlı olaraq digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.
Sentyabr 21, 2026 12:21
Sahibkarlar biznesə yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib