“Xtra Plast” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
İnvestisiya dəyəri 3,8 milyon manat olan layihə çərçivəsində sənaye parkında plastik tara istehsalı həyata keçiriləcək, 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunacaq məhsulların daxili bazarda satışı nəzərdə tutulur.