“Bakı KOB evi”ndə yeni xidmət

Dövlət Dəniz və Liman Agentliyi müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulunu və hazır sənədlərin verilməsini “Bakı KOB evi”ndə həyata keçirəcək.

“Bakı KOB evi”ndə daha bir xidmət fəaliyyətə başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi “Bakı KOB evi”ndə həyata keçirilir. Bu xidmətlərdən istifadə etmək istəyənlər DDLA-nın “Bakı KOB evi”ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.