4SİM-in Müşahidə Şurasının iclasında 2023-cü il və 2024-cü ilin I yarımili ərzində görülmüş işlər və 2024-2025-ci illərdə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müzakirə edilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2023-2024-cü illər ərzində 4SİM tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafına dəstək, o cümlədən 4-cü sənaye inqilabı dövründə Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verilib.
İclasda 2024-2025-ci illər üçün qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq qarşıya qoyulmuş prioritet inkişaf məsələləri ilə bağlı müzakirələr aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib