Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti ilə doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir.
27 Sentyabr - Anım Günündə İqtisadiyyat Nazirliyinin kollektivi Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan Zəfər Parkında olublar.
Parkdakı xatirə daşının önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib