Qobustanda vətəndaşların sahibkarlıq fəaliyyəti, əmlak, vergi, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin müavini Anar Axundov Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Qobustan şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.
Noyabr 12, 2026 10:57
“Gulf Oil International” və “Ashok Leyland” şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Noyabr 07, 2026 14:01
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib