Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərdə dəstək mexanizmləri” mövzusunda onlayn görüş keçirilib.
Görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin, müvəkkil kredit təşkilatlarının, ABA-nın və SİF-in nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.
Onlayn görüş çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər və qaydalar barədə ətraflı məlumat verilib. Bununla yanaşı, SİF tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlara təqdim edilən güzəştli kredit və zəmanət-subsidiya mexanizmlərinin şərtləri izah edilib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib