İqtisadiyyat Nazirliyində Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri Mücahit Demirtaş ilə görüş keçirilib.
Görüşdə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizdə iqtisadiyyatın dəstəklənməsi və inkişafı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması tədbirlərini diqqətə çatdırıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumat verən nazir müavini bu ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinın fəal iştirakını vurğulayıb. Bu, Türkiyə-Azərbaycan müttəfiqliyini və qardaşlığını bir daha nümayiş etdirir.
Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini, TDMMB-nin sədri Mücahit Demirtaş Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, memarlıq və şəhərsalma layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.
Tərəflər Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində TDMMB ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Oktyabr 23, 2026 20:06
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Oktyabr 22, 2026 19:03
İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Oktyabr 21, 2026 15:12
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi ilə görüş keçirilib
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur