COP29 çərçivəsində Moldovanın energetika naziri ilə görüşdə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb. Görüşdə ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin, dayanıqlı iqtisadiyyatın təşviqinin və biznes strategiyalarının geoiqtisadi tələblərə uyğun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Görüş iştirakçıları ölkələrimizin iqtisadi əlaqələrinin səmərəliliyinin artırılması üçün mövcud imkanları nəzərdən keçirərək, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər. Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib