Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişafından məmnunluq vurğulanıb. İnvestisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə Pakistanla energetika, sənaye, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələrin icrası üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, investisiya və ticarət tərəfdaşlığının dərinləşdirilməsi üçün bu potensialdan səmərəli istifadə etmək böyük əhəmiyyət daşıyır.
Tərəflər həmçinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran digər məsələləri müzakirə ediblər.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib