İsrail ilə sosial-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və tranzit sektorunda birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə görüşüblər.
Görüşdə sosial-iqtisadi, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və tranzit sektorunda birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları, innovasiyalar sahəsində tərəfdaşlığın intensivləşdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər birgə iqtisadi fəaliyyətin potensial sahələrinə, işgüzar dairələr arasında əlaqələrin, humanitar və digər istiqamətlərdə əməkdaşlığın təşviqinə dair fikir mübadiləsi aparıblar.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib